Əkrəm Əylisli kimi…Ramiz Mehdiyevin də bir sıra titulları-“İSTİQLAL” VƏ HEYDƏR ƏLİYEV ORDENLƏRİ GERİ ALINA BİLƏRMİ? “BOZ KARDİNAL”IN YAP-DAKI TALEYİ BƏS NECƏ OLACAQ?

Dünən axşam saatlarında “Boz kardinal” kimi tanınan akademik, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Heydər Əliyev ordenli Ramiz Ənvər oğlu ilə bağlı həbs qərarı verildi.

Məhkəmə Ramiz Mehdiyevi 4 aylıq həbs-qətimkan tədbirilə ev dustaqlığına məhkum etdi.

Ona qarşı irəli sürülən ittihamlar-maddələr də çox ağırdır-çevrilişə cəhd, Vətənə xəyanət, yalançı sahibkarlıq…

Qeyd edək ki, Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP), o cümlədən partiyanın Veteranlar Şurasının üzvüdür…

Eyni zamanda, müxtəlif zamanlarda bir sıra titullara, fəxr adlara, ordenlərə-iki dəfə “Şərəf” ordeninə, “Şöhrət”, “İstiqlal” və Heydər Əliyev ordenlərinə layiq görülüb…

Onu da qeyd edək ki, Azərbaycanda “İstiqlal” ordeninə, xüsusilə, Heydər Əliyev ordeninə çox az sayda tanınmışlar layiq görülüb…

Bu baxımdan, görəsən, ev dustaqlığı ilə bağlı (xüsusilə də istintaq və məhkəmədə ona qarşı irəli sürülən ittihamlar, cinayətləri sübuta yetirilərsə) Ramiz Mehdiyevin bir sıra titulları, o cümlədən “İstiqlal” Heydər Əliyev ordenləri əlindən alına bilərmi?

Ortada nümunə də var…

Belə ki, illər öncə qalmaqallı “Daş yuxular” əsərinə görə tanınmış yazıçı Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adı rəsmi şəkildə geri alınmışdı…

Bununla yanaşı, bundan sonra Mehdiyevin YAP-da, Veteranlar Şurasında qalması mümkündürmü?

Çox güman ki, yox…

Gözləyək!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan əhalisinin sayı-AÇIQLANDI

Read Next

15 oktyabr Şəhidləri-Əbədiyyətə uğurlanmalarından beş il keçən Cəmil Məmmədli ilə Samir Fərzəliyev-ŞƏHİDLİYİNDƏN DÖRD İL ÖTƏN, ANIM GÜNÜ OLAN ƏFQAN HƏMZƏYEV… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir