Əbədiyyətə uğurlanmasından üç il keçən-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏFQAN NƏSİROV…

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindən olan Əfqan Ramil oğlu Nəsirovun Anım Günüdür.

Əfqan Nəsirovun torpağa tapşırılmasından 3 il ötür.

Etikxeber.az xəbər verir ki, Əfqan Nəsirov 2001-ci ilin 29 mart tarixində Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad-bir bacı və bir qardaş olublar.

 2007-2018-ci illərdə 71 saylı orta məktəbdə oxuyub.

Orta məktəbdə oxuyarkən-2016-cı ildə atalarını itiriblər.

Anası Kəmalə xanım onlara həm analıq, həm də atalıq edib.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət keçib.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Və Hadrut-Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 21 oktyabr tarixində Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

O, həm də subay olub.

Zabrat qəsəbəsindəki küçələrdən biri Onun adını daşıyır.

Məkanı cənnətlik olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək, subay və ali təhsilli oğlu-ALI HƏSƏNLİNİN BU GÜN ANIM GÜNÜDÜR…

Read Next

Həm Bərdəli, həm də Laçınlı İkinci Vətən MÜHARİBƏSİ ŞƏHİDİ-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ, LEYTENANT PƏRVİN ƏLİZADƏNİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir