Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nahid Soqat oğlu Mikayılovun Anım Günüdür.
Nahid Mikayılovun bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.
Etikxeber.az xəbər verir ki, Nahid Mikayılov 1982-ci ilin aprel ayının 25-də Kürdəmirin Şilyan kəndində sadə bir ailədə dünyaya gəlib.
Orta məktəbi bitirdikdən sonra həyatını Ordu, hərb ilə bağlayıb.
20 ilin peşəkar və Qüsursuz hərbçisi, Azərbaycan Ordusunun Baş giziri olub.
Həm Aprel döyüşlərində, həm də İkinci Vətən Müharibəsində iştirak edib.
Və İkinci Vətən Müharibəsi zamanı Ağdam istiqamətində döyüşlərdən birində- oktyabrın 30-da ağır yaralanıb, hospitlada əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.
38 yaşında Şəhadətə qovuşub, qəhrəmancasına Şəhid olub və nəşi bir gün sonra-oktyabrın 31-də Kürdəmir rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Nahid Mikayılov həm də ailəli, 3 övlad atası olub.
3 övladı-Nihad, Nicat və adını daşıyan Nahid Vətənə əmanət qalıb.
Qeyd edək ki, kiçik oğlunun adı əslində Rinat olub, ancaq həyat yoldaşı Jalə xanım Nahid Mikayılovun Şəhidliyindən sonra onun adını dəyişdirib və Nahid etdirib.
Hazırda Kürdəmirdə adını daşıyan küçə var.
Məqamı Uca, məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





