Ədliyyə naziri bu dəfə Ağsuda vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 28-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Ağsu rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən  Etikxeber.az-a bildiriblər ki, qəbulda Ağsu, Şamaxı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 174) keçiriləcək.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və “contact@justice.gov.az” elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Etikxeber.az

Read Previous

10 bankın əmanətçilərinə 613 milyon manatadək kompensasiya ödənilib

Read Next

“İkimizin yerinə” filminin qala-gecəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir