Ədliyyə naziri Yevlax rayonunda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 25-də Yevlax rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, qəbulda Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yevlax şəhəri, Nizami küçəsi, 61) keçiriləcək.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77, əlaqə telefonu: (02020) 5-16-53, (051) 958-50-69), Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı da yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Etikxeber.az

Read Previous

Prezident II Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış oldu- FOTOLAR – YENİLƏNİB

Read Next

“Gənc Tamaşaçılar”-da “Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir