Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə Prezidentinin qəbul etdiyi qərar müzakirə olunmazdır, mütləqdir.
Ən doğruları bilən, hər kəsin əməyini ən doğru şəkildə qiymətləndirən odur.
İnsan fərqi yoxdur, harada olur-olsun, hansı sahədə çalışır-çalışsın, əsas olan onun dövlətinə, öz rəhbərinə, əqidəsinə, tutduğu yola sadiqliyidir.
Cənab Əli Həsənov da məhz bu keyfiyyətlərin daşıyıcısıdır.
İllər ərzində tutduğu vəzifəyə hörmət gətirib, dövlətçilik ruhu verib.
Bu cür adamların yetişməsi asan proses deyil.
Tam əminəm ki, Əli müəllim gələcəkdə də tutduğu yola daim sədaqətli olacaqdır.
Yol isə dəyişməzdir – Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab Prezident İlham Əliyevin uğurla icra etdiyi nəsillərə layiqli miras kimi qalacaq şərəfli, böyük yol.
Əli müəllimə uğurlar, möhkəm cansağlığı arzulayıram.
Uca Tanrı yar və yardımçısı olsun!
Əflatun AMAŞOV,
Millət vəkili
Etikxeber.az