Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünən Mətbuat Şurası Nəsir müəllimlə bağlı tədbir keçirdi.
Onun həyat və fəaliyyətindən bəhs edən “Mətbuat fədaisi” kitabını təqdim etdi.
Bu mərasimin iştirakçısı olduğum əksər belə xarakterli tədbirlərdən mühüm fərqi indiyədək Nəsir müəllimin çoxlarımıza bəlli olmayan həyat lövhələrindən söhbət açması idi.
Əksəriyyətimiz bunadək onu “Bakı” və “Baku” qəzetlərinin redaktoru, pedaqoq kimi tanıyırdıq.
Həmin mətbu orqanlar da media tariximizdə əbədi lövbər salıblar.
Amma həmin tədbir bizlərdə Nəsir nüəllimin təsəvvür etdiyimizdən də böyük vətənpərvər, mübariz insan olduğu barədə təəssüratlarımızi xeyli zənginləşdirdi.
Söhbət Nəsir müəllimin hələ müharibədən əvvəl respublikamızda milli dildə olan mətbu nümunələrin ləğvinə qarşı əzmlə mübarizəsindən gedir.
Böyük Niyazinin kitabda əksini tapan xatirələrində deyilir ki, Moskvanın ayri-seçkilik edərək Gürcüstanda və Ermənistanda milli dilin rəsmi səviyyədə işlədilməsinə rəvac verdiyi bir vaxtda Azərbaycanda xalqın iradəsi ziddinə olaraq qadağaları tətbiq edir, bunun nəticəsində 1939-cu ildə Bakıda çlxan “Yeni yol” qəzeti qapadılır.
Çoxları şüküta üstünlük verdiyi halda Nəsir müəllim bütün təhlükələri göz önünə alaraq cəsarətlə mübarizəyə başladı, Azərbaycan rəhbəri M.Bağırova etiraz məktubu göndərdi.
Görəsən müharibə başlamasaydı, Nəsir müəllim könüllü cəbhəyə yollanmasaydı taleyi necə olacaqdı?!
İkinci lövhə: 50-ci illərdə respublikada dillə bağlı vəziyyət yenə kəskinləşdi.
Vətənpərvər yazıçımız Mirzə İbrahimov da bunun güdazına getdi, vəzifədən uzaqlaşdırıldı.
Nəsir müəllim onun yeganə dostlarından idi ki, müntəzəm görüşür, zəngləşir , təskinlik verirdi. Mirzə müəllim bu barədə xatirələrində yazıb.
Niyə bunları vurğuladım.
Ona görə ki, xalqın çətin vəziyyıtində ilk növbədə onun ziyalısı mövqeyini ortaya qoymalıdır, həqiqəti müdafiə etməlidir, dostlarını qorumalı, maraqları naminə onları xırda pul kimi xərcləməməlidir.
Təəssüf ki, indiki reallıqda, təqiblərin, təzyiqlərin olmadığı şəraitdə belə əcaib lövhələrlə qarşılaşırıq.
Allah Sizə dönə-dönə rəhmət eləsin, Nəsir müəllim!
Əflatun AMAŞOV,
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri
Etikxeber.az