“Əfsanə”nin oğlu çempion oldu…

Əfsanəvi pilot, “Formula-1”-in yeddiqat çempionu Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa “Formula-3” yarışlarının çempionu titulunu qazanıb.

Etikxeber.az  xəbər verir ki, 19 yaşlı Mik Şumaxer yarışların Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq ən yaxın izləyicisi Den Tiktuma üçün əlçatmaz olub.

Bu mövsümdə o, “Formula-3”-də səkkiz yürüşü udub. Mik bir il əvvəl özünün debüt mövsümündə çempionatın yekunlarına əsasən 12-ci yeri tutmuşdu.

Onun atası 2013-cü ildə xizək sürərkən başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir.

Mixael Şumaxerin yaxınları müalicənin təfərrüatları barədə məlumat vermirlər.

Miki dəstəkləmək üçün Hokkenhayma onun anası gəlmişdi.

Etikxeber.az

Read Previous

Çimərliklərə “dron-xilasedici” nəzarət edəcək

Read Next

Millətlər Liqasında daha yeddi oyun keçiriləcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir