Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Futbol əfsanəsi Dieqo Maradona vəfat edib.
Etikxeber.az xəbər verir ki, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi 60 yaşında dünyasını dəyişib.
Cənubi amerikalının ölümünə ürək dayanması səbəb olub.
Maradona futbolçu karyerası ərzində əsasən “Barselona” (1982-84) və “Napoli”də (1984-91) oynaması ilə tanınıb. Argentina millisinin kapitanı olan əfsanə 1986-cı dünya çempionu, 4 il sonra vitse-çempionu adına yiyələnib. Neapol klubu ilə iki dəfə İtaliya çempionu adını qazanan Maradona narkotiklə bağlı qalmaqallar, həmçinin DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu qolla da diqqət mərkəzində olub.
Qeyd edək ki, karyerasını 1997-ci ildə “Boka Xuniors”da başa vuran Maradona “Tekstil Mandiyu”, “Rasinq”, Argentina millisi, “Əl-Vəsl”, “Əl-Fuceyra”, “Dorados” və “Ximnasiya və Esqrima” klublarını çalışdırıb.
***
Argentinada üç günlük milli matəm elan olunub.
Bu barədə qərarı Argentina hökuməti verib.
Etikxeber.az