Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı Həmid Cavanşir oğlu Abbasbəylinin Anım Günüdür.
“Əfsanəvi tabor”un Şəhidlərindən olan Həmid Abbasbəylinin Əbədiyyətə uğurlanmasından 3 il ötür.
Anım Günü ilə bağlı bu gün Şəhidin İkinci Şəhidlər Xiyabanındakı (İkinci Fəxri Xiyabandakı) məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhuna dualar oxunacaq.
Etikxeber.az xəbər verir ki, Həmid Abbasbəyli 1991-ci ilin 17 noyabr tarixində, Milli Dirçəliş Günündə, Bakı şəhərinin Binəqədi rayonunda dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri olub…
1998-2002-ci illərdə Binəqədi rayonunda yerləşən Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002–2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006–2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb…
O, eyni zamanda, idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olub, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər qazanıb…
4 xarici dil biliyinə malik olub…
2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb…
2013-2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində davam etdirib…


2016-2017-ci illərdə qardaş Türkiyədə, 2017-2018-ci illərdə isə Çində xüsusi təlim kurslarında iştirak edib…
Ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində yerləşən və Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri olaraq xidmətə başlayıb…
2015-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sırasına qoşularaq hərbi xidmətini davam etdirib…
Aprel döyüşlərinin iştirakçılarından olub…
Baş leytenant kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə, Vətənin müdafiəsinə atılıb, şərəfli döyüş yolu 24 gün çəkib…
Füzulidən, Cəbrayıldan, Xocavənddən, Hadrutdan Laçınacan döyüş yolu keçib, həmin bölgələrin düşmən tapdağından azad olmasında iştirak edib…
Və oktyabrın 19-dan 20-nə keçən gecə Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi oktyabr ayının 24-də İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən öncə 3 medalla, Şəhidliyindən sonra isə 4 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına və “Qarabağ” ordeninə layiq görülüb…
29 yaşında Şəhidlik zirvəsinə ucalsa da, subay olub…
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





