Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ucarın İkinci Vətən Müharibəsi Şəhidlərindən və əfsanəvi Xüsusi Təyinatlılardan olan Kərim Məhəmmədəli oğlu Əliyevin ad günüdür.
Kərim Əliyevin bu gün 25 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Kərim Əliyev 1998-ci ilin 31 avqust tarixində Ucarın Alpout kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri olub.
2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib.
Hərbi xidmətini başa vurduqdan bir müddət sonra isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
Və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü, peşəkar hərbçi, Kiçik gizir kimi İkinci Vətən Müharibəsi zamanı Füzulidən Cəbrayıla, Cəbrayıldan Hadruta, Xocavəndə, Xocavənddən Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib.
Döyüşlər zamanı 4 dəfə yaralanıb, amma inadından dönməyib, yenə döyüşlərə atılıb və oktyabr ayının 19-da Xocavənd-Qubadlı istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Ancaq 4 gün nəşini götürmək mümkün olmayıb.
Yalnız ayın 23-də nəşini əldə etmək mümkün olub və bir gün sonra isə Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra isə İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğurunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Şəhidin qardaşı Rüstəm Əliyev də hərbçi-MAXE kimi İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
“Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
Qardaşının Şəhidliyi ilə əlaqədar Ordudan, MAXE-likdən təxris olunub.
Həm də ataları Məhəmmədəli kişi keçmiş döyüşçülərdən olub.
1992-94-cü illərdə Birinci Qarabağ Savaşının iştirakçılarından biri olub.
Kərim həm də subay idi…
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Şəhidin məzarı başında çıxışlar edilib.
Şəhid-Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev, Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, Şəhid Turqut Zeynalovun atası Fikrət Zeynalov, Şəhid Kamil Şirinovun atası Əliş Şirinov, Şəhid Şəhriyar Quliyevin anası Xalidə Quliyeva, Kəlbəcərli (Göyçaylı) Şəhid övladı Eldəniz Rüstəmov, Şəhid Ramiq Tağıyevin atası Teymur Tağıyev, Şəhid Tərzan Haşımovun atası Qəhrəman Haşımov, o cümlədən Qazi Şamil, Qazi Pərvin, Qazi Ayar və başqa şəxslər çıxış ediblər.






Çıxışlarda Kərim Əliyevin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından danışılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı ata ocağında mərasim keçirilib, adına ehsan verilib.
Bir daha ruhuna dualar olunub.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, hərbçilər, Qazilər, Ucar, Salyan, Qobustan, Neftçala, Ağsu, Goranboy, Lerik, Gəncə, Göyçay, Ağdaş, Sumqayıt və digər bölgələrdən olan Şəhid ailələri, Ucar rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, media mənsubları və digərləri iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:03
***
FOTOLAR:











13:59
***
















14:14
***















14:30
***
ŞƏHİD ANALARIMIZ, ŞƏHİD ATALARIMIZ, QƏHRƏMAN ŞƏHİD AİLƏLƏRİMIZ, VƏTƏN SEVDALISI QAZİLƏRİMİZ, XÜSUSİ TƏYİNATLILARIMIZ, ZİYALILARIMIZ…













15:10
***
SUMQAYITLI ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ANALARI KƏRİM ƏLİYEVİN OCAĞINDA VƏ MÖVLUDUNDA…ŞƏHİD RƏCƏB QULAMOVUN ANASI SOLMAZ XANIM, ƏSLƏN UCARLI- “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ SƏBUHİ HƏSƏNQULİYEVİN ANASI, YÜZLƏRLƏ ŞƏHİDƏ ŞEİR HƏSR ETMİŞ VƏ HAZIRDA DA SM TV-NİN RƏHBƏRİ MAİSƏ XANIM VƏ HƏR ZAMAN ŞƏHİD AİLƏLƏRİNİN YANINDA OLAN SAMİR BƏY…




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





