Əfsanəvi XTQ-çı, Şuşa fatehlərindən olan 9 medallı-KAMİL MƏMMƏDOVUN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇİR…ŞƏHİD KİMİ DƏFN OLUNAN VƏTƏN SEVDALISININ ŞƏHİDLİK HAQQI GEC DƏ OLSA TANINACAQMI, AİLƏSİNİN ÜZÜNTÜSÜNƏ, NARAHATLIĞINA SON QOYULACAQMI? – FOTOLAR

Kamil Şamil oğlu Məmmədov…

İkinci Vətən Müharibəsinin Qəhrəmanlıq Dastanı yazan İgidlərindən, Vətən sevdalılarından biri…

Əfsanəvi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) əfsanəvi döyüşçüsü…

Füzulidən Xocavəndə, Xocavənddən Şuşayacan uzun və şərəfli döyüş yolu keçən Vətən fədaisi…

6 medallı Şuşa fatehi…

Kamil Məmmədov əslən Xaçmaz rayonunun Xudat qəsəbəsindəndir…

Xudatda sadə, zəhmətkeş bir ailədə-Məmmədovlar ailəsində dünyaya gəlib…

Ailənin iki övladından, iki qardaşdan biri və subay olub…

İkinci Vətən Müharibəsinin odundan-alovundan keçən, ölümlərdən dönən, sağ-salamat qurtula bilən Kamilin ömrü ancaq ötən ilin yanvar ayının 28-də yarımçıq qalıb…

Belə ki, yanvar ayının 15-də hərbi təlim zamanı içərisində olduğu “Ural” hərbi maşını qəzaya uğrayıb və Kamil ağır xəsarət alıb, komaya düşüb…

Ancaq həkimlərin səyinə, müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, 13 gündən sonra, yanvar ayının 28-də dünyasını dəyişib…

…Və hərbçilərin, döyüş, xidmət yoldaşlarının iştirakı ilə Şəhid kimi Xudat qəbiristanlığında dəfn olunub…

İgidliyinə, Qəhrəmanlğına görə, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və ümumilikdə 9 medalla təltif olunub.

Amma və lakin…

Kamil Şəhid kimi Əbədiyyətə uğurlansa da, ailəsinə Onun Şəhid olduğu deyilsə də, son bir il ərzində Şəhidlik Haqqı tanımmayıb, Şəhidlik Haqqı Ona verilməyib…

Hər dəfə bir bəhanə gətirilib…

Həm övlad itkisinə, həm də övladının Haqqının tanınmamasına ürəyi dözə bilməyən atası Şamil Məmmədov isə ötən ilin mayın 21-də dünyasını dəyişib…

Və beləliklə, cəmi 4 ayın içində Məmmədovlar ailəsi iki ağır itki, iki faciə yaşayıb…

Ancaq ailəsi-anası, qardaşı və mənəvi anası-bibisi Nəsibə xanım hələ də Kamil Məmmədovun Şəhidlik Haqqının tanınacağına, Onun ruhunun sevindiriləcəyinə ümidlidirlər…

Həmin günü, həmin anı səbrsizliklə gözləyirlər…

Ümidlidirlər və inanırlar ki, nəhayət, Kamilin də Şəhidlik Haqqı ona veriləcək…

Və Şəhid ailəsi hesab edir ki, əgər bir müddət öncə, ötən ilin noyabr ayının 30-da hərbi helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişmiş 14 qəhrəman hərbçimizə dərhal Şəhidlik statusu verilibsə, hərbi təlim zamanı qəzaya uğrayan və həyatını itirən Şuşa fatehi Kamilə də HAQQ etdiyi Şəhidlik statusu verilməli, bu yöndə bütün bəhanələrə son qoyulmalıdır…

Bəli, Şəhid ailəsi həm istəyində, həm iddiasında, həm də tələbində haqlıdır və nəhayət, bütün aidiyyatı qurumlar, başda da Müdafiə Nazirliyi, bütün bəhanələrə, Kamil Məmmədovun ailəsinin narahatlığına son qoymalı və Şəhidin Şəhidlik HAQQını tanımalıdır!

***

Sabah, yanvarın 28-də Kamil Məmmədovun Haqq dünyasına qovuşmasından, Şəhid olmasından bir il keçir…

Sabah Onun Şəhidliyinin bir ilinin tamamıdır…

Şəhidliyinin bir ilinin tamamı, Anım Günü ilə bağlı ailəsi, yaxınları, Qazilər, Şəhid ailələri tərəfindən məzarı ziyarət olunacaq, məzarı üzərinə əklil qoyulacaq və gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq…

Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə anım mərasimi keçiriləcək,adına ehsan veriləcək…

Ruhu şad, məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Allah anasına, tək qardaşına və mənəvi anası Nəsibə xanıma səbr versin!

Etikxeber.az

Read Previous

“Danışırlar, yazırlar ki, məktəbdə patı var, patı satırlar. Polis münəccimlik etməlidir?”-DİN RƏSMİSİ

Read Next

“Kreml Vaşinqtona və Brüsselə 3 tələb irəli sürməklə düşünürdü ki, təşəbbüsü ələ keçirib, ancaq…”-POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir