Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Tarixi Muzeyinin təşkilatçılığı ilə əslən Ağdamlı və Sumqayıt şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı, “Qarabağ” ordenli, ailənin iki oğlan övladından biri, iki övladı Vətənə əmanət qalan Şəhriyar Nəsib oğlu Quliyevin xatirəsinə həsr olunmuş “Vətən fədailəri unudulmur” adlı xatirə gecəsi keçirilib.
Etikxeber.az xəbər verir ki, xatirə gecəsində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Adıçəkilən muzeyin direktoru Namiq Əliyev Şəhid valideynlərinə vətənpərvər övladlar böyütdüklərinə görə, onların haqqının ödənilməz olduğunu bildirib.
Belə tədbirlərin təşkil olunmasının, Şəhidlərimizin xatirəsinin daim yad edilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edib.
Tədbirin aparıcısı-muzeyin əməkdaşı Nərmin Kərimli Şəhidin qısa, lakin şərəfli həyat, hərb və döyüş yolu haqqında məlumat verdikdən sonra Şəhriyar Quliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Sumqayıt Cümə Məscidinin baş axundu Hacı Rauf Sərdarov, Abşeron – Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Vətən Müharibəsi Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova, Şəhid Səbuhi Həsənquliyevin anası Mayisə xanım, “Qarabağ” ordenli Həmid Abbasbəylinin anası Gülnarə xanım, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin atası Arif Vəliyev, ,əhid Abdulla Əhmədovun atası Əhməd Əhmədov, hazırda xidmətdə ola Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov, Qazi Ağadadaş Ağayev, şairə Telli Sənəm, Lilpar Cəmşid qızı 44 günlük İkinci Vətən Müharibəsində 30 illik həsrətə son qoyulmasından, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Rəşadətli Azərbaycan Ordusunun sayəsində ərazi bütövlüyümüzün bərp olunmasından danışıblar.
Çıxış edənlər həmçinin, “Əfsanəvi tabor”un Şəhidi Şəhriyar Quliyev haqqında xatirələrini bölüşüblər.
Daha sonra Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun adını daşıyan 28 nömrəli tam orta məktəbin şagirdlərinin və Hacı Zeynalabdin qəsəbəsi Əhməd Bakıxanov adına 1 №-li Uşaq İncəsənət Məktəbinin müəllim heyətinin hazırladıqları kompozisiyalar maraqla izlənilib.
Sonda Şəhriyar Quliyevin anası Xalidə xanım oğlu haqqında xatirələrini bölüşərək, ailəsi adından göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Tədbirdə Şəhid ailələri, Qazilər və şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər.
***
FOTOLAR:










Kamil HƏMZƏOĞLU
Etikxeber.az