Bu gün saat 10:00-da Salyan rayon Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı, Baş gizir Sübhan Cəbrayılova həsr olunmuş “Qoruyucu mələk” filminin təqdimatı keçirilib.
Film Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə “Salnamə” sənədli filmlər studiyası tərəfindən çəkilin
Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova və ailə üzvləri, “Əfsanəvi tabor”un 13 Şəhidinin doğmaları, Qazilər, hərbçilər, İcra başçısı Sevindik Hətəmov başda olmaqla, Salyan rayon İcra Hakimiyyətinin məsul və rayonun rəhbər şəxsləri, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, yerli ziyalılar, YAP üzvləri və digər şəxslər iştirak ediblər.
Mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar edilib.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şəhid Sübhan Cəbrayılovun əmisi, Qobustanlı Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev, Neftçalalı Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, polkovnik-leytenant Nizami Əliyev, filmin quruluşçu rejissoru və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Sübhan Cəbrayılov da daxil olmaqla, Şəhidlərin, “Əfsanəvi tabor”un Şəhidlərinin İgidliyi və Qəhrəmanlığından, onların Vətənə naminə misilsiz fədakarlıqlarından danışılıb.
Çıxışlar zamanı Sübhan Cəbrayılov kimi oğullarla, Qəhrəmanlarla, İgidlərlə, Şəhidlərlə Fəxr edildiyi, Qürur duyulduğu bildirib.
Sübhan Cəbrayılovun əmisi isə Cəbrayılovlar ailəsi tərəfindən filmin ərsəyə gəlməsində zəhməti keçənlərə, eləcə də təqdimat mərasiminin iştirakçılarına, Salyan rayonunun rəhbərliyinə öz minnətdarlığını ifadə edib.
Çıxışlardan sonra film nümayiş etdirilib.
Filmdə Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat, hərb və döyüş olundan bəhs olunub.
Filmdə Şəhidin ailə üzvləri, hərbçi və döyüş yoldaşları və digər şəxslər danışıblar.
Təqdimat zamanı həm də kövrək, duyğulu anlar yaşanıb.
Filmin təqdimat mərasimi 2 saata yaxın çəkib.
Filmin təqdimatından sonra Sübhan Cəbrayılovun adını daşıyan Peşə Liseyi, eləcə də Marışlı kəndindəki ata ocağı ziyarət olunub.
12:40
***
FOTOLAR:






























13:25
***







13:37
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az