Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İmişli rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Giziri, 3 iyun 1995-ci il təvəllüdlü, ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı, nişanlı, bir neçə medallı və “Qarabağ” ordenli Nemət Cavid oğlu Cavadlının Anım Günündə-1 noyabr 2024-cü il tarixində, səhər saatlarında Əbədiyyətə uğurlandığı İmişli qəbiristanlığındakı məzarı ziyarət olunub.
2020-ci ilin 27 sentyabrından 31 oktyabr tarixinə kimi şərəfli döyüş yolu keçən, oktyabrın 31-də Daşaltı-Şuşa istiqamətində Şəhadətə ucalan və nəşi 1 noyabr 2020-ci ildə İmişlidə torpağa tapşırılan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Etikxeber.az xəbər verir ki, məzarı ziyarətdən sonra İmişli rayonundakı Mərasim evində Şəhidin Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, İmişlidən, Bakı şəhərindən olan Şəhid ailələri, döyüş və hərbçi yoldaşları, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
13:44
***
FOTOLAR:
16:55
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az