Əfsanəvi Xüsusi Təyinatlı, “Qarabağ” ordenli Kamran Kazımovun-SABAH ANIM GÜNÜDÜR…İKİNCİ ŞƏHİDLƏR XİYABANINDA MƏZARI ZİYARƏT EDİLƏCƏK, ANIM MƏRASİMİ DÜZƏNLƏNƏCƏK…

Həm Bakı şəhərinin, həm də Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kamran Qurban oğlu Kazımovun Anım Günüdür.

Kamran Kazımovun sabah Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Anım Günü ilə bağlı sabah-6 sentyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, məzarını ziyarətdən sonra isə İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Anım mərasimi keçiriləcək, adına çay-ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Kamran Kazımov əslən Ucar rayonundan olsa da, 1990-cı ilin dekabr ayının 7-də Rusiyanın Voloqda vilayətində dünyaya gəlib…

Atası Qurbanəli kişi hərbçi olub, Daxili Qoşunlarda fəaliyyət göstərib…

Ailənin üç övladından biri olub…

2 yaşında, 1992-ci ildən yenidən Vətənə, Azərbaycana dönüblər…

Bakı şəhərində yaşayıblar…

2007-2018-ci illərdə Bakı şəhərinin Xəati rayonunda yerləşən Şəhid Şədrəddin Həsənov adına 63 saylı tam orta məktəbdə oxuyub…

Orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib…

Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb…

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb…

Həqiqi hərbi xidmətini Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib…

Əsgərliyini başa vurduqdan sonra Daxili Qoşunların Ali Hərbi Məktəbində oxuyub, ona Leytenant hərbi rütbəsi verilib…

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib…

2018-ci ilin iyul ayından Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində xidmət edib, 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub…

İkinci Vətən Müharibəsi zamanı Daxili Qoşunların Baş leytenantı kimi döyüşlərə atılıb, şərəfli döyüş yolu 9 gün çəkib, oktyabrın 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb, nəşi bir gün sonra, oktyabrın 6-da İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…

Kamran həm də ailəli olub…

2012-ci ildə ailə həyatı qurub, üç övladı-qızları Aydan və Kamrana, oğlu Ərtoğrul Vətənə, ailəsinə əmanət qalıb…

Üçüncü-sonuncu övladı, Kamrana adlı qızı Şəhidliyindən 6 ay 8 gün sonra, 2021-ci ilin 13 aprel tarixində dünyaya gəlib…

Övladları-Aydan və Ərtoğrlu orta məktəb şagirdidirlər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu gün Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi, Gizir Cəmil Həşimlinin-ŞƏHADƏTƏ UCALDIĞI GÜNDÜR-MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK

Read Next

“Günəş” mərasim evində Birinci Qarabağ Savaşı Şəhidi-İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN RAMİZ ƏHMƏDOVUN ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILIDI…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir