Əfsanəvi Xüsusi Təyinatlılardan olan-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ DEVRAN NAİBOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 30 YAŞI TAMAM OLUR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı Devran Naibovin (Nayıbovun) doğum günüdür.

Devran Naibovun 30 yaşı tamam olur.

Bu, həm də Onun Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar olunacaq, “Quran” oxunacaq, qısa çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Sonra Cənnətdəki üçüncü doğum günü ilə bağlı adına çay-ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Devran Naibov 1993-cü ilin noyabrın 30-da Bərdədə dünyaya gəlib.

Ailədə 3 qardaş, 1 bacı olublar.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və həyatını Ordu, hərb ilə bağlayıb.

Peşəkar hərbçi-Kiçik gizir kimi Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.

Həm 2016-cı il Aprel, həm də 2020-ci il İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub.

Və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.

Oktyabrın 8-də Şəhid olan Devran Naibovun nəşi Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 5 medal “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının həm də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını istəyirlər.

Hazırda Bərdədə adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü nübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qarabağ” ordenli, üç övladı Vətənə əmanət qalan-BİLƏSUVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELÇİN TAĞIYEVİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

İki övladı Vətənə əmanət qalan, nəşi 27 gündən sonra tapılan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMAZ HACIYEVİN ANIM GÜNÜ İLƏ BAĞLI MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ DÜZƏNLƏNƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir