Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
S-400 ve F-35 bağlı elə zənn edirəm ki, sıxıntı olmadan bu mərhələni, bu dönəmi aşacağıq. S-400-lər mövzusunda da özəlliklə birilərinin, fərqli kəsimlərin artıq sağda-solda danışmaması lazımdır. Çünkü son açıqlamadan sonra sayın Tramp mövqeyini ifadə etmişdir. Onunla son görüşməmiz çox məhsuldar keçmişdir.
Etikxeber.az “Sözçü”-yə istinadən xəbər verir ki, bunu Yaponiyada G-20 sammitinin başa çatmasından sonra Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin deyib ki, Rusiyanın S-400 hava hücumundan müdafiə kompleksləri on gün ərzində Türkiyəyə gətiriləcək.
Ərdoğan eyni zamanda, sözügedən zenith-raket sistemlərinin tədarükü səbəbindən Türkiyə ilə ABŞ arasındakı mövcud münasibətlərin həll ediləcəyinə əminliyini ifadə edib:
“ABŞ C-400-lərin alışına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək”.
Türkiyə prezidenti bununla yanaşı, Türkiyəyə 100 F-35 döyüş təyyarəsinin tədarük etməsinin lazım olduğunu da xatırladıb.