“Əgər cinayət varsa, cəza da olmalıdır…”-HİKMƏT HACIYEV

Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması Ermənistanı yeni cinayətlər törətməyə sövq edir.

Etikxeber.az-ın xəbərinə görə, bunu diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, səfərin məqsədi Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi  hərbi cinayətlər barəsində yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdən ibarətdir:

“Real faktlar ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə hücumlar həyata keçir.

Oktyabrın 4-dən Gəncəyə raket hücumları başlayıb, nəticədə də mülki insanlar arasında yaralananlar və həyatını itirənlər var. Bir həftə öncə belə bir xəyanətkar hücum həyata keçirilmişdi, Gəncədə əhalinin sıx məskunlaşdığı ərazi “SCUD” tipli ballistik raketlə vurulmuşdu. Növbəti belə hücum bu gecə oldu. Mülki obyektlər və evlər dağılıb. Ən böyük faciə odur ki, mülki şəxslər ölüb, onların arasında uşaqlar da var.

Bu ərazilərdə hər hansı bir hərbi baza yerləşmir. Ermənistan yalnız mülki şəxsləri hədəf alır.  Beynəlxalq hüquqa əsasən, Ermənistanın bu əməlləri müharibə cinayətidir, mülki insanlara qarşı terrordur. Bu, 1992-ci ilin Xocalı faciəsindən sonra Ermənistanın  Azərbaycana qarşı etnik təmizləmə və soyqırımının başqa məzmunda həyata keçirilməsidir. Beynəlxalq ictimaiyyəti bu əməlləri kəskin şəkildə qınamağa çağırırıq.

Əgər cinayət varsa, cəza da olmalıdır. Bu dövlətlərarası münasibətlərdə təmin olunmalıdır. Biz təəssüf hissi ilə qeyd edirik ki  bu günə qədər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibətdə beynəlxalq hüququn aliliyi təmin olunmayıb”. 

Etikxeber.az

Read Previous

Növbəti erməni vandalizmi və terrorizmi-GƏNCƏ YENİDƏN RAKET HÜCUMUNA MƏRUZ QALIB – HƏLAK OLANLARIN SAYI 14-Ə, YARALANANLARIN SAYI 55-Ə ÇATDI… – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

“Gəncə – qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur…”-MEHRİBAN ƏLİYEVADAN GƏNCƏ TERRAKTINA KƏSKİN ETİRAZ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir