“Əgər hər birimiz öz məsuliyyətimizi dərk etsək…”-SEVİNC HÜSEYNOVADAN ÇAĞIRIŞ

Məlum olduğu kimi, koronavirus (COVİD 19) pandemiyası artıq dünyanın 195 ölkəsini öz cənginə alıb. Ölkəmizdə dövlət başçımızın nəzarəti ilə bu xəstəliyin yayılmaması üçün bir çox tədbirlər həyata keçirilir. Onlardan biri də Nazirlər Kabinetinin yanında Yaradılmış Operativ Qərərgah tərəfindən 24 mart 2020 – ci il saat 00:00 – dan etibarən, 20 aprel 2020 – ci il saat 00:00 – dək karantin rejiminin elan edilməsi və bu müddət ərzində bir sıra tövsiyə və tələblərin tətbiq edilməsilə bağlı daha bir qərarın verilməsidir. Tələblərdən biri də 65 yaşdan yuxarı insanların evdən çıxmasının qadağan edilməsidir. Bu kateqoriyadan olan və tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilib. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə adıçəkilən pandemiya ilə mübarizə sahəsində atılan addımlar bir daha onu göstərir ki, vətəndşlarımızın sağlamlığı dövlətimiz üçün ən önəmli məsələlərdəndir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova bildirib.

Onun sözlərinə görə, məlumdur ki, mövsümlə əlaqədar olaraq, kənd əhalisi hazırda öz təsərrüfatında əkin-səpin işləri ilə məşğuldur, bununla yanaşı, hər bir vətəndaşın diqqətinə çatdırılmalıdır ki, virusun yayılmasının qarşısının alınması məqsədilə lazımi tələblərə riayət etmək mütləqdir.

“Həmçinin qeyd edim ki, xalqımızın yas mərasimlərində iştirak etmək kimi qədim və dərin köklərə bağlı adətləri də var. Lakin mövcud bəlaya yoluxmamaq və ölkəmizi bu bəladan qurtarmaq məqsədilə vətəndaş həmrəylini irəli sürərək, öncəliyi can sağlığına yönəltməliyik. Bu məqsədlə, əhalimizi kütləvi mərasimlərdə iştirak etməməyə və mövcud bəladan həm özünü, həm də digər həmyerlilərimizi qorumaqda dövlətimizə dəstək olmağa çağırırıq. Əgər hər birimiz öz məsuliyyətimizi dərk etsək və bu istiqamətdə tətbiq edilən bütün tələblərə riayət etsək, bu virusa qalib gələ bilərik”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

10 minə qədər vətəndaşımız müxtəlif ölkələrdən Azərbaycana gətirilib-QƏRARGAH

Read Next

“Pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq”-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir