Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vahid ƏZİZ: “Kimlərsə seçicilərin əlini öpür, nə bilim qucaqlayır, nə bilim yaltaqlanır…Bu, kənardan çox pis görünür. Əgər Ziyad müəllim də belə etsəydi, mən bu gün onun tədbirinə gəlməzdim. Ancaq Ziyad müəllim mərd KİŞİ-dir, ləyaqətli adamdır…”
Xalq şairi Vahid Əziz 5-ci çağırış Milli Məclisin (MM) buraxılması təşəbbüsü və qərarını çox müsbət qiymətləndirib.
Etikxeber.az-ın xəbərinə görə, Xalq şairi 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin “Azərbaycan Dövlət Dəmir Yollları” QSC-nin konfrans zalında Dairə seçiciləri ilə görüşündə çıxış edərkən hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsünün tarixi bir addım olduğunu vurğulayıb.
Qeyd edib ki, MM-də onun nüfuzuna xələl və ziyan gətirən insanlar var idi:
“Çox yaxşı oldu ki, YAP bu məqamı tutdu və vaxtında parlamentinin buraxılması təşəbbüsünü irəli sürdü. Ancaq təəssüflər olsun ki, seçkilərin gedişində də müəyyən xoşagəlməz halları müşahidə edirik. Kimlərsə seçicilərin əlini öpür, nə bilim qucaqlayır, nə bilim yaltaqlanır…Bu, kənardan çox pis görünür. Əgər Ziyad müəllim də belə etsəydi, mən bu gün onun tədbirinə gəlməzdim. Ancaq Ziyad müəllim mərd KİŞİ-dir, ləyaqətli adamdır. Ona görə parlamentdə məhz Ziyad Səmədzadə kimi insanlar olmalıdır. Parlamentə nabələd, naşı adamlar lazım deyil. Çox təəssüflər olsun ki, belələri də az deyil”.
Xalq şairi əslində 23 saylı Seçki Dairəsinin seçicisi, sakini olmadığını və buna təəssüf etdiyini də sözlərinə əlavə edib.
“Təəssüf ki, mən bu Dairənin sakini, seçicisi deyiləm. Bu Dairənin seçicisi olsaydım, fikirləşmədən, tərəddüd etmədən Ziyad Səmədzadəyə səs verərdim. Düzdür, mənim bir səsim var, üstəgəl 4-5 nəfərlik ailəm üzvüm. Amma çox istərdim ki, səsimi məhz Ziyad müəllimə verim. Mən Ziyad müəllimi uzun illərdir ki, tanıyıram. Ailəsini də tanıyıram. Çox gözəl ailəsi var, çox gözəl ailə sahibidir. Bir qonuşuyuq. Həm də bir zamanlar Mərkəzi Komitədə bir yerdə işləmişik. O vaxt mənim ictimai təşkilatım var idi. Onun çox geniş və əhəmiyyətli bir toplantısı keçirilirdi. Ziyad müəlllim həmin vaxt bizə çox kömək etdi, təbdirin keçirilməsinə, gözəl şəkildə baş tutmasına dəstək verdi. Ziyad müəllim çox gözəl insan, çox ləyaqətli dost, gözəl alim, təcrübəli dövlət xadimidir. Mən seçicilləri ona səs verməyə çağırıram. Parlament Ziyad müəllim kimi insanların yeridir”-deyə, Xalq şairi sonda bildirib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az