Əhsən və möhtəşəm, Aygün Səmədzadə! – FOTOLAR

İyunun 9-da tanınmış və sevilən bəstəkar, Xalq artisti Aygün Səmədzadənin “Yaşıl Teatr”da  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz illiyinə həsr olunmuş “Azərbaycan” adlı möhtəşəm konserti-sənət gecəsi keçirilib.

Etikxeber.az xəbər verir ki, sənət gecəsi bəstəkarın yazdığı gözəl musiqi-rəqs nömrəsi və Aygün Səmədzadənin özünün ifasında olan “Biri varmı, biri yoxmuş” mahnısı ilə başlayıb.

aygun-1

 

Bəstəkar həmin mahnını özünün nədən və birinci olaraq ifa etməsinə açıqlıq gətirirək bildirib ki, son konsertində həmin mahnı ən axırda ifa edilib və sevənləri tərəfindən çox bəyənilib:

“Ona görə də bu dəfə konsertimə həmin mahnı ilə başlamaq qərarı verdim”.

A. Səmədzadə çox həyəcanlı olduğunu da  bildirib:

“Artıq neçənci dəfədir konsert verirəm, amma çox həyəcanlıyam. Çünki buranın ab-havası, məsuliyyəti tamam başqadır”.

Sonra bəstəkarın AXC-nin yüz illiyinə ihtaf etdiyi “İstiqlal” marşı gənc və istedadlı müğənnilərin ifasında səslənib və gurultulu alqışlarla qarşılanıb.

Bəstəkar “İstiqlal” marşının tarixçəsinə toxunub və bildirib ki, o, cəmi bir günün içində ərsəyə gəlib:

“Bilirsiniz ki, bu il AXC-nin yüz illiyidir. Bu, çox möhtəşəm bir hadisədir. “İstiqlal” marşı da məhz bir anın içində, bu ilin mayın 28-də yarandı. İnanıram ki, çox bəyəniləcək. Ümumiyyətlə, Azərbaycanla bağlı yazdığım 3 manımdan ikisi məhz mayın 28-də yaranıb…”.

A. Səmədzadə eyni zamanda, gecənin “Azərbaycan” adlandırılmasına aydınlıq gətirib:

“Mən Azərbaycanımızı təkcə onun təbiətinə, təbii sərvətlərinə, gözəlliklərinə görə sevmirəm, bunlar öz öz yerində, mən Azərbaycanı Azərbaycan olduğu üçün sevirəm. Çünki Azərbaycan Vətəndir! Ona görə də gecəni “Azərbaycan”adlandırdım. Bu, həm də AXC-nin yüz illiyinə kiçicik  bir töhfədir”.

Bəstəkar həmçinin, Cümhuriyyətin yüz illiyinə bir gün qalmış bır sıra həmkarları ilə birlikdə  yüksək fəxri adlara layiq görülməsinə münasibətini bildirib:

“Cümhuriyyətin yüz illiyinə bir gün qalmış Azərbaycanın Xalq artisti fəxri adına layiq görüldüm…Buna görə hər kəsə, Azərbaycan dövlətinə, ölkə Prezidenti İlham Əliyev cənablarına və birinci xanım, Birinci vitse-prezident  Mehriban Əliyevaya minnətdarlığımı, təşəkkürlərimi bildirirəm. Eyni zamanda, hörmətli mədəniyyət nazirimiz Əbülfəs Qarayevə minnətdarlıq edirəm. Bu, mənim üçün böyük məsuliyyətdir”.

Daha sonra bəstəkarın millət vəkili Qənirə Paşayevanın, şairələr- Xanım İsmayılqızının, Kəmalə Abıyevanın və digər şairlərin sözlərinə yazılmış və bir-birindən gözəl manıları , həmçinin, rəqs nömrələri ifa edilib.

Bunlar arasında “Dəniz” vokal kompazisiyasını, “Azərbaycan”ı, “Məktəb illəri”ni, “Eşq”i, “Gecikmiş etiraf”ı, “Bunun adı dəli eşq, bilirəm”i, “Yağış”ı, “Tut ağacı”nı və s. qeyd etmək olar.

Gecənin yaddaqalan anlarından biri bəstəkarın yeni yazdığı və özünün də səhnədə izlədiyi “Humay” rəqsi olub.

ay-kon-5

ay-kon-6

ay-kon-8

ay-kon-7

Bəstəkar rəqslə bağlı deyib:

“Bu rəqsdə bilmirəm, nəsə dağ havası var…Atam da deyir ki, özün necə rəqs edirsənsə, rəqslərin də ona bənzəyir (gülür)…Bu rəqsin tarixçəsi isə belə olub: mən əslində heç zaman ailəmi sənət məsələlərimə daxil etməmişəm. Ancaq balaca Humaya lay-lay çalarkən məhz bu cür zümzümə edirdim. O, ancaq bunu dinləyərək, bunu xoşlayaraq,  yuxuya gedirdi. Humay rəqsi də məhz həmin lay-lay, zümzümə əsasında yaranıb”.

Qeyd edək ki, “Humay” rəqsi də gur alqışlarla qarışılanıb.

Gecənin maraqlı və unudulmayacaq anlarından biri də gənc ifaçılardan birinin bəstəkarın çox məhşur olan və  sevilən sənətçi Aygün Bəylərin ifasında səslənən “Tut ağacı” mahnısını ifa etməsi ilə bağlı olub.

Belə ki, gənc xanım müğənni “Tut ağacı” nı ifa edərkən, birdən – tamaşaçılar arasında yer alan Aygün Bəylər yerindən manını ifa etməyə və səhnəyə doğru gəlməyə başlayıb.

Bu isə tamaşıçıların riqqətinə və gur alqışlarına səbəb olub.

Aygün Bəylər gənc müğənniyə yaxınlaşaraq, mahnını duet şəklində oxumağa davam edib və bu zaman Aygün Səmədzadə də onlara quşlaraq, “Tut ağacını” birlikdə ifa ediblər.

Aygün Bəylər öz növbəsində Aygün Səmədzadəyə uğurlar arzulayıb.

Gecənin ən möhtəşəm və unudulmayacaq anlarından biri isə Türkiyənin korifey sənətçilərindən olan və Azərbaycan cəmiyyəti, musiqisevərləri tərəfindən böyük maraqla izlənilən müğənni Müşərəff Akayın gecəyə qatılması və səhnəyə çıxması olub.

O, gecədə iştirakından və növbəti dəfə Azərbaycanda olmağından məmnunluq duyduğunu bildirib, özünün “Əzab” adı verdiyi, lakin bəstəsi Aygün Səmədzadəyə, sözləri Xanım İsmayılqızına aid olan “Ruhumuz qovuşacaq” mahnsını ifa edib.

İfa tamaşaçılar, musiqsevərlər tərəfindən böyük alqışlarla və ayaqüstə qarşılanıb.

A. Səmədzadə də öz növbəsində xanım Akaya gecədə iştirakına və gözəl ifasına görə, minnətdarlığını bildirib və gələcəkdə birgə albom buraxılacağanın anonsunu verib.

Qeyd edək ki, təxminən 4 saat çəkən sənət gecəsi Azərbaycanın mədəniyyət, incəsənət, musiqi dünyası tarixinə öz möhürünü vurub, öz imzasını atıb.

İllər keçəcək, ancaq 9 iyun 2018-ci il tarixli “Azərbaycan” adlı sənət gecəsi unudulmayacaq, hafizələrdən silinməyəcək.

Əhsən və möhtəşəm, Səmədzadə!

ay-kon-2

ay-kon-4

ay-kon-3

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Səmədzadə “Ruhumuz qovuşacaq” dedi, Akaya “Əzab” oldu…

Read Next

Prezident 3 ölkənin səfirini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir