Əkiz qardaşlar:Teymur və Seymur Abdullazadələr-BİRİ ŞƏHİD, BİRİ QAZİ OLDU – DEPUTAT ŞƏHİD VƏ QAZİ AİLƏSİ İLƏ BAĞLI MN-Ə MÜRACİƏT ETDİ

Şəhid və Qazi atası ilə görüşümüzdən dərhal sonra şəhid atasının xahişinə uyğun olaraq, Müdafiə Naziriliyinin Tibb Baş İdarəsinə rəsmi müraciət etdim. Ümid edirəm ki, Şəhid ailəsinin narahatlığına səbəb olan texniki problem ən qısa müddətdə həllini tapar.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkili Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, Biləsuvar rayonu, Günəşli kəndindən şəhid atası, Abdullayev Faiq Bəylər oğlu ilə görüşüb və söhbət edib.

“Faiq Abdullayev müharibəyə əkiz övladlarını yollayıb. Oğlu Teymur Abdullazədə 16 oktyabr 2020-ci ildə Suqovuşanın azad olunması uğrunda döyüşlərdə şəhid olub, digər övladı Seymur Abdullazadə isə qəlpə yarası aldığı, baş-beyin silkələnməsi və ciddi psixoloji problemlər yaşadığı üçün hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır.

Qazinin vəziyyəti ağır olsa da, hərbi-həkim komissiyası onu hərbi xidmətə yararlı kimi şəhadətləndirdiyi üçün şəhid atası prosesin yenidən aparılmasını istəyir. Görüşümüzdən dərhal sonra şəhid atasının xahişinə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Naziriliyinin (MN) Tibb Baş İdarəsinə rəsmi müraciət etdim. Ümid edirəm ki, Şəhid ailəsinin narahatlığına səbəb olan texniki problem ən qısa müddətdə həllini tapar”-deyə, o, əlavə edib.

Qeyd edək ki, 2001-cil təvəllüdlü T. Abdullazadə ötən ilin oktyabrın ayının 29-da Şəhid olub.

Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub.

Etikxeber.az

Read Previous

Co Baydenin andiçmə mərasimi sona-ÇATDI – FOTOLAR

Read Next

“Qəsdən adam öldürmə cinayətləri 30 faiz azalıb…”-HƏRBİ PROKUROR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir