Ələt-Astara magistralında nəqliyyatın hərəkəti bərpa olundu

Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhərindən keçən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.

Etikxeber.az APA-ya istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) və digər dövlət qurumlarının hadisə yerinə cəlb olunmuş əməkdaşları, yanğınsöndürənlər yanacaq daşıyan avtomobilin aşması nəticəsində yola dağılmış yanacağı təmizləyiblər.

Yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Qeyd edək ki, bu gün saat 11.00 radələrində Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakini, 1979-cu il təvəllüdlü Ravil Baxışovun idarə etdiyi “Ford” markalı, 10 SH 159 dövlət nömrə nişanlı avtomobillə Cəlilabad rayon sakini, 1966-cı il təvəllüdlü Tərlan İslamovun idarə etdiyi ZİL markalı yanacaq daşıyan maşınla toqquşub.

Güclü zərbədən ZİL markalı maşın aşıb, yanacaq yola dağılıb.

Etikxeber.az

Read Previous

14 bankın Elman Rüstəmova 519 miyon borcu var…

Read Next

“Fürsəti var idi, lakin düşündük ki, bunu etməyək…” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir