Ələtli Qəhrəman Səmədovlar ailəsi, Səmədovlar nəsli: ŞƏHİD RÜFƏT SƏMƏDOV VƏ İKİ DAYISI ŞƏHİD OLAN QAZİ ELNUR SƏMƏDOV…RÜFƏT 2010-CU İLDƏ ŞƏHİDLİK MƏQAMINA UCALIB, ELNUR İSƏ İKİNCİ QARABAĞ SAVAŞININ QAZİSİ, BİRİNCİ QRUP MÜHARİBƏ ƏLİLİDİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Rüfət Zaur oğlu Səmədov…

Ələt, Qaradağ doğumlu…

1991-ci il, 18 iyul təvəllüdlü…

Vətən sevdalısı, Vətən fədaisi, Nur üzlü Şəhidimiz…

Rüfət ailənin 3 övladından biri olub…

Özündən başqa hazırda bir qardaşı və bir bacısı var…

Hər ikisi də ailəli, 3 övlad valideynləridir…

Rüfət isə subay olub…

127 saylı Ələt qəsəbə tam orta məktəbini bitirdikdən bir müddət sonra-2009-cu ilin oktyabrında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Və Əsgərliyinin, xidmətinin bir ilinin başa çatmasına günlər qalmış, sentyabrın 16-da, səhər saatlarında Ağdamın Çıraqlı kəndi istiqamətində, növbəti erməni təxribatı nəticəsində baş vermiş qanlı döyüşlərdə, snayper gülləsindən yaralanıb və Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, sentyabrın 17-də Ələt Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən 4 il sonra dünyaya gələn böyük qardaşının böyük övladına Rüfətin adı verilib…

Əmisinin adını daşıyır 8 yaşlı Rüfət

Şəhidliyindən az sonra babası və bir ilin içində cavan əmisi dünyasını dəyişib, Rüfətsizliyə dözə bilməyiblər…

Eyni zamanda, Rüfətin Şəhidliyindən 12 il keçsə də, hələ də heç bir medal və ya ordenlə təltif olunmayıb…

Adına Ələt qəsəbəsində küçə verilsə də, hələ də tam rəsmiləşdirilməyib…

***

Bu gün səhər saatlarında Şəhidimizin ocağında oldum, ailə üzvləri-Yaralı, Dərdli anası Aybəniz xanım və hələ də qardaş itkisi ilə barışmayan qardaşı Xəyalla görüşdüm…

Sadə, sakit, təvazökar, əsl Şəhid ailəsi…

Həm də Qəhrəmanlar ailəsi…

Şəhidin əmilərindən biri-Afət Səmədov da müharibə iştirakçısı olub…

1992-93-cü illərdə Birinci Qarabağ Savaşının (Kəlbəcər istiqamətində) iştirakçısı və bu günədək də Haqqını ala bilməyib…

Hətta hərbi biletini belə qaytarmayıblar…

Haqsızlıq, ədalətsizlik, məsuliyyətsizlik…

Başqa adı yoxdur…

Şəhidin atasını vaxtsız itirən, anası yataq xəstəsi və iki dayısı Birinci Qarabağ Savaşının Şəhidi olan əmisi oğlu Elnur isə İkinci Qarabağ Savaşının iştirakçısı olub…

1990-cı il təvəllüdlü, subay Elnur özü könüllü şəkildə, sentyabrın 29-da müharibəyə gedib və gedəndə də deyib ki, qardaşımın, Rüfətin qanını, qisasını almağa gedirəm…

Suqovuşan istiqamətində çox ağır yaralınıb-oktyabrın ayının 17-də…

Aylarla müalicə və müayinə alb…

Hələ də səhhəti normal, yerində deyil…

Sol gözünü tamam itirib, sağ gözü də demək olar ki, cəmi 10 faiz görür…

Qazi, birinci qrup müharibə əlilidir…

“Suqovuşanın azad olunmasına görə”“Cəsur döyüşçü” medalları ilə təltif olunub…

Bəli, Rüfət Səmədovgil, Səmədovlar ailəsi, nəsli Qəhrəmanlar, İgidlər ailəsidir…

***

Şəhidimizin anası və qardaşı, eləcə də Qazi əmisi oğlu söhbətləşdim, dərdləşdim…

Şəhid anasının dediklərindən:

“Əsgərliyə getməzdən əvvəl şəklini böyütdürüb gətirmişdi…Dedi ki, ana, bundan yaxşı başdası şəkli olar ey… Bir anlıq duruxub qaldım, dedim ki, ay oğul, Allah eləməsin, niyə elə deyirsən…Dedi ki, sözdü də deyirəm…Mənimlə Fəxr edəcəksən, mənimlə Qürur duyacaqsan…Ümumiyyətlə, şəkil həvəskarı idi…İstəyirdi ki, çoxlu şəkilləri olsun, yayılsın…Sən demə, balam, Şəhid olacağını hələ illər öncə bilirmiş…Sentyanrın 18-də evə, qısa məzuniyyətə gəlməli idi, hazırlıq görümüşdük, yolunu gözləyirdik…Amma iki gün əvvəl, senyabrın 16-da, tabutda gəlidi balam (gözləri dolur)… Belə Mərd, İgid bala idi Rüfətim… Qaynımın tək oğlu da özü könüllü şəkildə müharibə getmişdi…Qardaş qədər çox istədiyi Rüfətin qanını, qisasını almaq üçün…”.

Bəli, Şəhidimizin ailə üzvləri, həm də Qazimizlə söhbət etdikcə həm duyğulanmamaq, həm kədərlənməmək, həm də Qürurlanmamaq mümkün deyildi…

Qeyd etdiyim kimi, əsl Qəhrəmanlar, əsl Vətən sevalılarıdır Səmədovlar ailəsi, Səmədovlar nəsli…

Allah səbr və dözümlərini versin!

Böyük Yaradan Rüfətin məkanını cənnətlik, məqamını Uca etsin, Qazi əmisi oğluna isə can sağlığı, şəfa versin!

Qarşılarında baş əyirəm!

ŞƏHİD ANASI VƏ ŞƏHİD QARDAŞI…

İKİ DAYISI VƏ ƏMİSİ OĞLU ŞƏHİD OLAN QAZİ ELNUR…

08:29

***

ŞƏHİDLƏR BACISI, ŞƏHİD BİBİSİ VƏ QAZİ ANASI NƏZAKƏT XANIM…

ŞƏHİDİN BİBİLƏRİ, BİRİNCİ QARABAĞ SAVAŞI İŞTİRAKÇISI ƏMİSİ…

08:51

P.S.

Şəhidimizin Ələt qəsəbə qəbiristanlığındakı, Şəhidlər məzarlığındakı məzarını da ziyarət etdik.

Şəhidlər məzarlığında həm Birinci Qarabağ Savaşının, həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin Şəhidləri uyuyur.

Hər birinin məzarını ziyarət edərək, ruhları qarşısında baş əydik, ruhlarına dualar etdik.

Eyni zamanda, qeyd edim ki, Şəhidlər məzarlığında olarkən, Qobustan qəsəbəsinə daxil olan Şıxlar kəndinin şagirdləri və müəllimləri də Şəhidlərimizi ziyarətə gəlmişdilər.

Şəhidlərimizin məzarlarını ziyarət etdikdən, məzarları üzərinə gül dəstələri düzdükdən sonra şagirdlərdən bir neçəsi Şəhidlərə və Vətənə aid şeirlər səsləndirdilər.

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistan tərəfindən açılan atəş nəticəsində 3 hərbi qulluqçumuz-YARALANDI…

Read Next

Bakıda və bölgələrdə yağışlı hava olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir