“Əl-Bab əməliyyatının bitməsinə az qalıb”… – PREZİDENT

Suriyada Əl-Bab əməliyyatının bitməsinə az qalıb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İzmirdə yerli sakinlər qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə terrorla bir neçə cəbhədə mübarizə aparır: “Böyük dövlət belə günlərdə bəlli olur. Böyük dövlət bu əməliyyatlarda bəlli olur”.

Türkiyənin müdafiə naziri Fikri İşık isə İsmitdə Əl Bab əməliyyatının gedişi barədə məlumat verib: “Strateji yüksəklik azad edilib. Terror haradadırsa, təhdid haradan gəlirsə, ora qədər getmək və terrorçuları məhv etmək Türkiyənin prioritetidir”.

Etikxeber.az

Read Previous

Deputatın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının Moskvada təqdimatı oldu – FOTOLAR

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir