“Əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır” – SƏMƏD SEYİDOV – AŞPA HƏMMƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ – YENİLƏNİB

Milli Məclisin (MM) Avropa Şurası Parlament Assambleyasındakı  (AŞPA) nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin  Azərbaycan üzrə həmməruzəçisi  Stefan Şennak ilə görüşdülər.

Etikxeber.az xəbər verir ki,  MM-in Beynəlxalq  münasibətlər  və  parlamentlərarası  əlaqələr  komitəsinin  sədri, AŞPA-dakı  nümayəndə  heyətimizin rəhbəri  Səməd  Seyidov Azərbaycanla qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışdı.

Bildirdi ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb.

Qeyd eydi ki,  əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır.

Səməd Seyidov ölkəmizdə son dövrdə bütün sahələrdə həyata keçirilən islahatlardan söhbət açdı. Parlamentin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırdı.

Bildirdi ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı qanunvericilik bazasınını təkmilləşdirilməsi prosesi aktiv surətdə həyata keçirilir və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının iclasları hələ davam edir.

Qeyd etdi ki, ölkədə insanların hüquq və azadlıqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, firavan yaşaması üçün mühüm addımlar atılır. Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilir. O,  AŞPA-da təmsil olunan deputatlarımızın qurumun bütün tədbirlərində səmərəli fəaliyyəti barədə də danışdı.

AŞPA Monitorinq  Komitəsinin  həmməruzəçisi Stefan Şennak səmimi görüş  üçün  minnətdarlığını  söylədi. Azərbaycan dövlətinin  son illərdə yüksək templə inkişaf etdiyindən məmnunluğunu bildirdi. O, tərəqqinin davamlı olması üçün dünyada və bölgədə sülhün və əmin-amanlığın bərpasının böyük önəm kəsb etdiyini dedi.

***

meclis-5

Həmçinin MM-də təmsil olunan siyasi partiyaların rəhbərləri də AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşdülər.

Görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev iştirak edirdilər.

Hakim partoyanın icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq bu cür görüşlərin fikir mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu söylədi. Qeyd edildi ki, Azərbaycan AŞPA ilə əlaqələrə böyük önəm verir və gələcəkdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Eyni zamanda, deputatlarımız təşkilatın keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak edir, qurum çərçivəsində müzakirəyə çıxarılan məsələlərə obyektiv münasibət bildirirlər.

Görüşdə siyasi partiyaların rəhbərləri ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri barədə məlumat verdilər, qanun yaradıcılığı prosesində aktiv iştirak etdiklərini  söylədilər.

Deputatlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqladılar.

Stefan Şennak isə səfər çərçivəsində keçirdiyi görüşlərdən və apardıqları danışıqlardan bəhs etdi.

Bildirdi ki, AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və ölkəmizlə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

Söhbətdə Azərbaycan və Avropa Şurası arasında münasibətlər, monitorinq prosesinin gedişi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

ATƏT PA-nın Lüksemburq sessiyası: BAŞ KATİB KİMDİR? – YENİLƏNİB – FOTOLAR

Read Next

“Bütün zəfərlər Azərbaycanımızın, bütün zəfərlər, qələbələr cənab prezidentimizlə olsun” – JALƏ ƏLİYEDAN PREZİDENTƏ MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir