Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qanunlara əlavələr və dəyişikliklər vacibdir, lazımdır. Çünki qanunyaradıcılığı prosesi, dövrün reallıqları bunu tələb edir“.
Bunu Etikxeber.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
“Çünki bəzən görürsən bir qanun haradasa 15-20 il qüvvədə olur və bunun özü də zaman-zaman həmin sənədə dəyişiklikləri, əlavələri zəruri edir. Ancaq bəzən elə də olur ki, çoxları bu və ya digər onu maraqlandıran qanunla bağlı edilən dəyişikliklərdən, əlavələrdən xəbəri olmur”-deyən komitə sədrinin sözlərinə görə, bu da nəticədə bəzi anlaşlmazlıqlara gətirib çıxarır.
“Ona görə də elə hesab edirəm ki, qanunlara tez-tez dəyişikliklər etməkdənsə, bu yöndə ayrıca qanunlar qəbul etmək daha məqsədəuyğundur. Yəni, əlavələr, dəyişikliklərdənsə, yeni qanun və ya qanunlar olmalıdır. Bu daha səmərəli və effektli olardı“-deyə, komitə sədri sözlərinə əlavə edib.
Etikxeber.az