Əli Həsənov deputatları “topa tutdu”…

“Deputatların mediada açıqlaması ciddi narazılıq yaradıb. Problemi bilmədən, araşdırmadan  mövqe bildirmək düz deyil”.
Etikxeber.az xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov parlamentdə  çıxışı zamanı deyib.
Onun sözlərinə görə, millət vəkili Çingiz Qənizadə və Hikmət Babaoğlu APA-ya açıqlamasında  qaçqınlarla bağlı bir sıra problemləri qaldırıblar.
“Mən kimin hansı  ifadə işlətməsinin əleyhinə deyiləm. Heç olmasa, bir məsələ  və ya problem barədə danışanda onu gərək araşdırıb, öyrənib dəqiqləşdirəsən və sonra mövqe bildirəsən. Ən pis halda soruşmalısan”– deyə, baş nazirin müavini   vurğulayıb.
Baş nazirin müavini onu da deyib ki, son zamanlar  qaçqın və məcburi köçkünlərə qarşı  “hücumlar” artıb:
“Ancaq bu kateqoriyaya aid olan  insanlar ölkənin ən zərif və həssas təbəqəsidir. Ölkə başçısı da  bu təbəqəyə qarşı çox həssaslıqla yanaşır”.
Qaçqınlara verilən güzəştlərlə bağlı yayılan fikirlərə mövqeyini açıqlayan Ə. Həsənov deyib ki, bu, Azərbaycanın daxili işidir və kimsə buna müdaxil edə bilməz:
“Azərbaycan əhalisinin hansı təbəqəsinə güzəşt verir, hansı hissəsinə yox, buna kimsə qarışa bilməz. Odur ki, bu açıqlamalar qaçqın və məcburi köçkünlərdə ciddi  narazılıq yaradıb. Onları niyə görə incitməliyik?! Onsuz da onlar hər şeyini itirib”.
 Millət vəkili Çingiz Qənizadənin “Qaçqınkomda”kı yeyintilərlə bağlı açıqlamasına gəldikdə isə komitə sədri deyib ki,   hər kəs öz adından danışmalıdır.
O, yemək, qaz, elektrik enerjisi ilə,  qaçqınlara verilən vəsaitlərlə bağlı fərqin olmasını dilə gətirib:
“Təbii ki, bu fərq olacaq. Çünki qaçqının bir hissəsi bulaq suyundan və kanal suyundan istifadə edir. Niyə də bu fərq olmasın? Bir qisim qaçqınlar isə qazla təmin olunmayıb. Təbii ki, fərq olacaq. Sabah da müxalifət götürüb yazacaq ki. “Qaçqınkomda” yeyinti var”.
Ə.Həsənov onu da bildirib ki, qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda qərar olacaq:
 
“Ancaq bunun maliyyə çətinliyi ilə heç bir əlaqəsi yoxdur. Dövlət bu kateqoriya insanlar üşün lazım olan vəsaiti tapacaq”.
Etikxeber.az

Read Previous

“Bacarıqlı, istedalı mütəxəssislər AMEA-dan çıxıb gedirlər” – GÖVHƏR BAXŞƏLİYEVA

Read Next

“Öz silah-sursatlarımızdan istifadə edəcəyik…” – MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir