Əli Həsənov: “Vitse-prezidentlik idarəçiliyi iflic vəziyyətə düşmək təhlükəsindən sığortalayır”

Ali HASAN_1
“Azərbaycanda vitse-prezidentlik institutunun təsisi  prezident üsul-idarəsinin təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, dövlət idarəçiliyi iflic vəziyyətə düşmək təhlükəsindən sığortalayır”.
Etikxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı  “Sputnik.az”-a müsahibəsində deyib.
Onun sözlərinə görə, vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğruldub: “Vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin təkmilləşdirilməsini, onun müasir çağırışlara adekvatlığını, fors-major vəziyyətlərdə dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etmək məqsədindən irəli gəlir, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edir. Həmçinin, yeni institutun formalaşdırılması ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra mexanizmi dəqiqləşir, dövlət idarəçiliyi iflic vəziyyətə düşmək təhlükəsindən sığortalanır”. 
Prezidentlik müddətinin 5 ildən 7 il müddətinə artırılmasına gəldikdə prezidentin köməkçisi bildirib ki,  5 ildə 3 seçki (prezident, parlament, bələdiyyə) keçirilən Azərbaycanda gərgin seçki prosesinin intensivliyinin azaldılması, vətəndaşların təkcə siyasi deyil, həm də iqtisadi, sosial, humanitar və digər sahələrdə fəallığına şərait yaradılması, əlavə büdcə xərclərinə qənaət edilməsi məqsədi daşıyır: “Digər tərəfdən, bunun bəyan olunmuş islahatlar kursuna, gələcək üçün nəzərdə tutulmuş strateji vəzifələrin, iqtisadi inkişaf və sosial rifah proqramlarının vaxtında və tam həcmdə icrasına təminat verəcəyinə əminlik vardır. Bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 6-7 il müəyyən olunmuşdur. Avstriya, Finlandiya, Fransa (2000-ci ilədək), İsrail, Qazaxıstan, Meksika, İtaliya, İrlandiya, Livan, Sinqapur, Rusiya kimi ölkələr buna nümunədir”. 
Etikxeber.az

Read Previous

Səfir: “Azərbaycanda məzhəblər arasında heç bir ayrı-seçkilk yoxdur”

Read Next

Prezident: “Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamaları Azərbaycanın ən böyük sərvətlərindən biridir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir