Əli Hüseynlidən qəzalı evlər və Milli qəhrəmanlarla bağlı təklif

Mingəçevirdə 1940-50-ci illərdə tikilmiş taxta konstruksiyalı evlər qəzalı vəziyyətdədir. 

Etikxeber.az xəbər verir ki, bunu  Milli Məclisin (MM) plenar iclasında hökumətin hesabatı zamanın parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

“Fövqəladə Hallar Nazirliyi həmin evlərin qəzalı vəziyyətdə olması barədə rəy verib.Düşünürəm ki, hökumət bu məsələ barədə Prezidentə məlumat versə, bu məsələ həllini tapar”-deyən, komitə sədri Milli qəhrəmanların evlə təmin olunmasını da təklif edib.

Ə. Hüseynli deyib ki, bu gün ölkədə Milli Qəhrəmanların İctimai Birliyi fəaliyyət göstərir və onlar ölkə başçısına Milli qəhrəmanlarla bağlı ayrıca qanunun hazırlanması təklifi ilə müraciət ediblər.

“Bu gün Azərbaycanda sağ olan və yaşayan çox az sayda Milli qəhrəmanlar var, evlə təmin olunmayıb. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb, yaxın gələcəkdə onları evlə təmin etsə, yaxşı olardı”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Millət vəkilləri Novruz Məmmədov alqışlarla təbrik etdi – BAŞ NAZİR İLK HESABATINI VERDİ – YENİLƏNİB – (6)

Read Next

Əmək məhsuldarlığı ilə Dövlət Proqramı qəbul edilsin – TAHİR MİRKİŞİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir