ƏLİ MƏSİMLİ YAZDI: “ÜÇ ŞEY” haqqında QIZIL QAYDA

Həmişə iqtisadiyyatdan yazıb sizi yormamaq üçün arada həftəsomları maraqlı hesab etdiyim və faydalı olacağını sandığım başqa mövzulara da müraciət etməyi məqsədəuyğun hesab etdim.

Hər bir insan daim həyatın mənasını dərk etməyə, orda özünə uyğun,ürəyinə yatan yer tapmağa çalışır.Müdriklərin bu məsələ ətrafındakı fikirləri,hikmətli sözləri həmin məqsədə çatmaq yolunda hərəkət üçün kompas rolunu oynaya bilir.Bu baxımdan “ÜÇ ŞEY” haqqında QIZIL QAYDA maraq doğurur.Heç kimə sir deyil ki, 3 rəqəminin sehrli xüsusiyyətləri var və bu sirləri bilən insanlar kainatı daha dərindən dərk edə və həyatlarını düzgün məcraya istiqamətləndirə bilirlər. Müdriklərin irəli sürdüyü və təcrübədən keçirilmiş 3 qızıl qaydaya əməl edilməsini rasional düşünmək, düşünməklə yanaşı həm də məqsədyönlü hərəkət etmək və qanunauyğunluqlara əsaslanıb, inamı itirməmək baxımından faydalı hesab edirəm.

“ÜÇ ŞEY” haqqında QIZIL QAYDA
3 şey geri qayıtmayacaq: söz, fürsət, zaman.
3 şeyi itirmək lazım deyil: şərəf, əmin-amanlıq, ümid.
3 şey daimi deyil: uğur, güc, var-dövlət,
3 şey hər bir şəxsi daha yaxşı tanımağa imkan verir: nailiyyət, dürüstlük, əməl.
3 şey insanı məhv edir: hirs,şəraba və pis vərdişlərə aludəçilik, mənəm-mənəmliyin gerçək imkan və qabiliyyətdən önə keçməsi.
3 şeyi bildirmək daha çətindir:”yardım et”,” üzr istəyirəm”, “sevirəm”.
Hər kəsə həyatın bütün sahələrində davamlı uğurlar arzulayıram!!!

Əli Məsimli,

Millət vəkili

Etikxeber.az

Read Previous

Makron da səs verdi – FOTO- YENİLƏNİB

Read Next

Qənirə Paşayeva Tovuzdakı durumdan danışdı: “ÇOX ÜZÜLDÜK…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir