“Əlifba sırası ilə İlham Əliyev və Paşinyan yanaşı əyləşiblər…” – PREZİDENTİN MƏTBUAT KATİBİ

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı “Day.az”a şərh edib.

Etikxeber.az həmin şərhi olduğu kimi, təqdim edir:

– Ermənistan baş nazirinin mətbuat katibi informasiya şəbəkələrində Aşqabadda iclas çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiya yayıb. Bununla əlaqədar nə deyə bilərsiniz?

– İclasda iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq əlifba sırası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Etikxeber.az

Read Previous

60 yaşı tamam olan icra başçısı – TƏLTİF OLUNDU – SƏRƏNCAM

Read Next

“Prezidentin Ermənistan qarşı “Valday” və Aşqabad zərbələri sarsıdıcı oldu” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir