Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Növbəti ildə pensiya haqlarının orta məbləği artacaq, orta məbləğ 240 manata yaxın olacaq.
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
O, qeyd edib ki, pensiya haqlarında 6,3 faiz artım nəzərdə tutulur: “Yaşa görə pensiyanın məbləği isə daha çox artacaq və orta hesabla 273 manat olacaq”.
İ.İsayevin bildirdiyinə görə, əlillərin maddi vəziyyəti daim diqqət mərkəzindədir.
“Pensiya sistemi sığorta prinsiplərinə əsaslanır. Əlillər pensiya ilə yanaşı, sosial müavinət də alırlar. Növbəti ildə əlillərə verilən sosial müavinətin artırılması ilə bağlı tədbirlər həyata keçiriləcək. Həmin müavinətin məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitlərin artırılması ilə bağlı ciddi tədbirlər həyata keçirəcəyik”-deyə, İ. İsayev sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az