Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əlilliyin müəyyənləşdirilməsi, verilməsi ilə bağlı məsələ nəzərimizdə, diqqətimizdədir.
Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
“Lakin hələlik bu barədə hansısa addım ata bilmirik. Çünki yaşanan koronavirus pandemiyası bütün planları, demək olar ki, pozdu, pandemiyaı ilə əlaqədar olaraq o qədər də geniş fəaliyyət imkanları yoxdur. Yəni, karantin rejimində işləyirik və qeyd edim ki, dünənki komitə iclasımızda bir neçə məsələ var idi ki, onların da çoxu elə əlillik məsələsi ilə bağlıydı. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul etmişdik, indi haradasa 80-ə yaxın qanun həmin qanuna uyğunlaşdırılır. O ki qaldı əlilliyin verilməsi məsələsinə, bəli, mənim dəfələrlə bu barədə müraciətim, çıxışım olub ki, şəffaflıq hər yerdə lazımdır, ciddi nəzarət və uçot hər yerdə lazımdır”-deyən komitə sədrinin sözlərinə görə, eyni zamanda, əlilliyin təyin olunması ilə bağlı meyarlar sadələşdirilməli və insanların daha çox bu imkana əlçatanlığı təmin olunmalıdır.
“Bununla belə, buna qanunvericilik səviyyəsində baxmaq məsələsi hələlik yaz sessiyasında planımızda deyil. Yəqin payız sessiyasına kimi koronavirus pandemiyası aradan qalxar və o vaxtlar biz bu məsələlərlə bağlı ya bir dinləmə keçirərik, ya da qanunvericiliyə dəyişikliklə bağlı komissiya iclası edərik. Hər halda bu məsələ bizim nəzərimizdədir“-deyə, o, əlavə edib.

09:23
Kamil HƏMZƏOĞLU
Etikxeber.az