“Əliyevə təşəkkür edirəm ki…” – UNESCO-nun baş direktoru

“Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, media sahəsində belə təşəbbüslərlə çıxış edir”.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu  bu gün UNESCO-nun baş direktoru İrina Bokova Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində səslənən video-müraciətində bildirib.

Jurnalistikanın dünyada missiyasından danışan UNESCO baş katibi Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) fəaliyyətini mühüm sayıb:

“Biz ifadə azadlığının möhkəmləndirilməsi, keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi üçün birgə işləyəcəyimizə inanırıq”.

Etikxeber.az

Read Previous

Dünya Xəbər Agentliklərinin V Konqresi başladı

Read Next

“Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir