Əliyev, Ərdoğan, Merkel, Makron və Mey…

Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada “Ən xeyirxah” lider seçilib.

Etikxeber.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, “Kviris palitra” qəzeti 500 nəfər arasında sorğu keçirib. Respondentlərə “Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir?” sualı təqdim olunub.

Sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib. Xeyirxah liderlər sırasında ABŞ Prezidenti Donald Tramp ikinci, Ukrayna Prezidenti Pyotr Poroşenko üçüncü yerdədirlər.

Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Emmanuel Makron və Tereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.

Etikxeber.az

Read Previous

“Qarabağ”-“Samtredia”: 5-0- FOTO-YENİLƏNİB

Read Next

Arınçın damadı “FETÖ abisi” çıxdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir