Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə zəlzələ qurbanları ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Etikxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndiyini bildirib.

Dövlət başçısı bu faciə ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Etikxeber.az

Read Previous

Sabiq deputat və deputatlığa namizəd-ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT EDƏCƏK

Read Next

Bayrağımıza qarşı HÖRMƏTSİZLİK VƏ TƏRBİYƏSİZLİK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir