Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, dövlət başçısı məktubunda bildirib ki, Ankarada baş vermiş dəmir yolu qəzası nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər onu son dərəcə kədərləndirib:

“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Etikxeber.az

Read Previous

“Bu qələbələr sadəcə idman qələbəsi deyil” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Daha bir icra başçısı vəzifəsini itirdi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir