Əliyev Ərdoğana başsağlığı verdi:”Bu qanlı hadisəni lənətləyirik”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq.

Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

FHN: İtkin düsmüş neftçilərin axtarışı davam etdirilir

Read Next

Azərbaycan neftinin qiyməti 2 dollaradək bahalaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir