Əliyev Ərdoğanı Azərbaycana-SƏFƏRƏ DƏVƏT ETDİ

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Etikxeber.az xəbər verir ki, prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

Etikxeber.az

Read Previous

Ramazan bayramında Səbailli Şəhidlər-FƏRİD ƏLİYEV VƏ VÜSAL HƏSƏNOVUN AİLƏLƏRİ ZİYARƏT OLUNDU… – FOTOLAR

Read Next

“Bütün şəhidlərimizin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq…Bu, bizim borcumuzdur”-İLHAM ƏLİYEV -FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir