Əliyev hindistanlı həmkarına başsağlığı verdi

Ölkə Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə başsağlıığı verib.

Etikxeber.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Etikxeber.az

Read Previous

Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik – XİN

Read Next

Bəhram Bağırzadə istefa verdi: “Bu qərarı böyük ürək ağrısı ilə verdim”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir