Əliyev Mişellə yenidən-BİR ARAYA GƏLDİ – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, Avropa İttifaqı Şurasının mənzil-qərargahında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Birgə foto çəkdirilib.

Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub.

Prezident İlham Əliyev işgüzar səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını bildirdi.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sabah keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Atası və qardaşını illər öncə itirən, ailənin tək ümidi olan Ümid Həsənovun-BU GÜN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, QUBALI SENTYABR ŞƏHİDİNİN 22 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

14-cü yerdən liderlər cərgəsinə və ya şanlı epoxa-HADİ RƏCƏBLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir