Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiyalılar keçmiş sovet respublikalarının liderlərindən Belarus Prezidenti Aleksandr Lukaşenkoya, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə və Azərbaycan Prezidenti İlham Əliyevə daha çox etimad göstərirlər.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin apardığı sorğunun nəticələrindən belə məlum olub.
Etikxeber.az xəbər verir ki, sorğunun nəticələri dekabrın 19-da TASS informasiya agentliyində keçirilən mətbuat konfransında açıqlanıb.
SSRİ-nin süqutunun 25-ci ildönümü ilə əlaqədar keçirilmiş sorğuda Rusiya vətəndaşları keçmiş sovet respublikalarında dəyişiklikləri, rusdilli əhalinin vəziyyətini qiymətləndirib, bu ölkələrin prezidentlərinə münasibətlərini bildiriblər.
Mətbuat konfransında çıxış edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Yelena Ponomaryova qeyd edib ki, sorğu iştirakçıları MDB liderlərinə etimad göstərərkən onların öz ölkələrinin mənafeyi naminə həyata keçirdikləri uğurlu siyasəti nəzərə alıblar. O vurğulayıb ki, hər üç prezident – Aleksandr Lukaşenko, Nursultan Nazarbayev və İlham Əliyev öz dövlətlərini həm MDB məkanında, həm də qlobal beynəlxalq münasibətlərdə uğurla təmsil edirlər.
Etikxeber.az