Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanı ölkəmizə səfərə dəvət edib.
Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşdə bildirib.
Dövlət başçısı “Mən, həmçinin fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə münasib vaxtda Sizi Azərbaycana səfərə və fəal dialoqumuzu davam etdirməyə dəvət edirəm. Qonaqpərvərliyə görə bir daha minnətdaram”-deyə, vurğulayıb.
Etikxeber.az