Əliyev-Putin görüşü iki ölkə arasında münasibətlərin səviyyəsinin parlaq nümunəsidir – ZABELİN

Mixail Zabelin: Azərbaycan və Rusiya multikultural dövlətlərdir

İki ölkənin parlamentləri arasında yüksək  səviyyəli münasibətlər var. Hər iki parlament bir-birinə qarşı ədalətli mövqeyi ilə seçilir ki, bu da ölkələr, dövlətlər və xalqlararası münasibətlərdə çox vacib məqamlardandır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əli Hüseynli  Rusiya parlamentariləri ilə parlamentdə keçirilən görüşdə deyib.

ali-huseynli-1

Ə. Hüseynli sonra MM-də müxtəlif partiyaların nümayəndələrinin təmsil olunduğunu, o cümlədən,  hakim  Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkillərinin çoxluq təşkil etdiyini deyib.

“Həmçinin, hakim partiyadan olan xeyli gənc deputalar var. Eyni zamanda, Dostluq Qrupumuzda  hakim pariyadan olan millət vəkilləri və gənc deputatlar çoxdur. Komitəmizin üzvlərindən biri də Azərbaycandakı  Ruc İcmasının rəhbəri Mixail Zabelindir”-deyə, Ə. Hüseynli sözlərinə əlavə edib.

M. Zabelin isə Gürcüstan və Ermənistanla müqayisədə həm Azərbaycanda, həm Rusiyada multikultural mühitin olduğunu deyib.

mixail-zabelin-2

O, qeyd edib ki, Azərbaycanda həm ruslara, həm də rusdilli xalqlara çox yüksək, tolerant münasibət var.

Millət vəkili həmçinin, Azərbaycanda rus dilinə böyük diqqət və qayğının olduğunu sözlərinə əlavə edib:

“Azərbaycanda rus dili hər zaman diqqət və qayğı ilə əhatələnib. Azərbaycanda rus dilində tədris aparan xeyli sayda məktəblər var. Bunlara rus xalqına və rus dilinə hörmətin bir əlamətidir”.

Millət vəkili iki ölkə arasında yüksək səviyyəli münasibətlərə misal kimi dünən iki ölkənin prezidentinin bir araya gəlməsini göstərib.

“Dünən çox yüksək səviyyəli görüş baş tutdu. Bu görüş iki ölkə arasında münasibətlərin səviyyəsinin parlaq nümunəsidir”-deyə, M. Zabelin qeyd edib.

Görüşdə iştirak edən rusiyalı deputalar da iki ölkə və onun ali qanunverci orqanları arasında yüksək səviyyəli münasibətlərin olmasından və bunların davam etdirilməsindən danışıblar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü – FOTOLAR

Read Next

Kişi cinsli vətəndaşlar 15 yaşında ilkin hərbi qeyddiyata alınacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir