Əliyev Qətər əmirini təbrik etdi

Prezident İlham Əliyev Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

Etikxeber.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Qətər Dövlətinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm”.

Etikxeber.az

Read Previous

Dünya ticarətində mühüm paya sahib olacaq aqrar–sənaye müəssisələri yaradılacaq – “Strateji Yol Xəritəsi”

Read Next

Xəzərdə baş verən faciə ilə bağlı Dövlət Dəniz Administrasiyasında da Qərargah yaradıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir