Əliyev qazaxıstanlı həmkarını və Bəhreyn kralını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyevqazaxıstanlı həmkarı Nursultan Nazarbayevi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Etikxeber.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Ötən 25 il ərzində Qazaxıstan dinamik inkişaf yolu keçərək bütün sahələrdə, o cümlədən sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi, iqtisadiyyatın inkişafı sahələrində gözəl nailiyyətlər əldə edib. Ölkəniz sizin rəhbərliyiniz altında beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanıb.

Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətlərinin xoş ənənələri, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli Nursultan Abişeviç, belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Dövlət başçısı həmçinin Bəhreyn kralı  şeyx Həməd bin İsa Al Xəlifəni təbrik edib:

“Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram”.

Gununsesi.info

 

Read Previous

3 min 560 nəfər peşə hazırlığı kurslarına cəlb edilib – NAZİRLİK

Read Next

Musiqili Teatrda həftəsonu dörd tamaşa nümayiş olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir