Əliyev Tokayevə-BAŞSAĞLIĞI VERDİ

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığında deyilir:

“Abay bölgəsində baş vermiş güclü meşə yanğınlarının çox sayda insan tələfatına səbəb olması və ağır fəsadlar doğurması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”.

Etikxeber.az

Read Previous

“Polad Paşamız qarşıdan ad günümün gəldiyini bilən kimi komandrimizi yanına çağırdı, cibindən 50 manat pul çıxarıb verdi ki…”-DAŞKƏSƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ, MAXE, 4 MEDALLI SAMİR SURXAY OĞLU ORUCOV – FOTOLAR – YENİLƏNİB

Read Next

Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir