Əliyev Tokayevi-TƏBRİK ETDİ

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb, bu baxımdan bir müddət əvvəl Qazaxıstan Prezidentinin ölkəmizə səfərinin önəminə toxunulub.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Etikxeber.az

Read Previous

“Fransa tərəfi üzr istəməlidir…Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərində daha mənfi təsirlərə gətirib çıxaracaq”-XİN-DƏN ETİRAZ

Read Next

Leysan olacaq, dolu düşəcək-ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir